Hindel Çinel yaxınlaşır bir az da,Bir- birindən uzaq olmaz yaxınlar,Bir- birindən qaçar olmaz yaxınlar.Düyü, buğda satalları parlayır,Bir- birindən uzaq olmaz yaxınlar,Bir- birindən qaçar olmaz yaxınlar.

Niyə göyə millənirsən Qızıl quş,En aşağı, adamlara sən yovuş,Dibdən belə qoyulubdur qoyuluş,Göylərdədir, Qızıl quşum, qurtuluş,Bir-birindən uzaq olmaz yaxınlar,Bir-birindən qaçar olmaz yaxınlar.

Ana qurdun qoşa gözü batıqdır,Yaxınları inciksayaq, soyuqdur,Boz tükləri sanki yoluq-yoluqdur,Lomba- lomba tüklər qopuq-qopuqdur,Sanki onun ürəyi də sınıqdır,

O anadır, oğul yandan yanıqdır,Cod qaşları düyünlənib çapıqdır,Bir- birindən uzaq olmaz yaxınlar,Bir- birindən qaçar olmaz yaxınlar.

Turq söyləyir, - çox danışma, ana Qurd,Dağlar görmüş ürəyini sən ovut,Gözlər bizi ana torpaq, ana yurd,Uzaq-uzaq yol yortmağı ta unut,Bir-birindən uzaq olmaz yaxınlar.Bir-birindən qaçar olmaz yaxınlar.

Mən bilirəm, sən sayırsan günləri,Qayıdanda görəcəksən hər yeri,Görəcəksən şah oğulun Qurdəri,Min diyardan çox-çox uzaq, çox bəri,Mahnı deyən bulaqları lap sərin,Mahnılarda sözü, sazı çox dərin,Bir ölkə var, vuruşqandır elləri,Qana qancıl, barışqandır elləri,Bir-birindən uzaq olmaz yaxınlar.Bir-birindən qaçar olmaz yaxınlar.

Qızıl quşum, şığı göyə ayıq ol,Sən bizdən də göydə ayıq-sayıq ol,Dolambacdır yollar, bizə qoruq ol,Sən Alpisə qarşı göydə duyuq ol,Əkbitənə çatsan bizə yovuq ol,Bir-birindən uzaq olmaz yaxınlar.Bir-birindən qaçar olmaz yaxınlar.

Şimşək atım, çap, yelləndir yalını,Sayma seli, qar, yağışı, dolunu,Mindiyara sarı götür yolunu,Mən qoruyuram sənin sağla solunu,Bax gör harda qan-qan üstə calanıb,Harda ölü ölü üstə qalanıb,Sal oradan Şimşəkatım yolunu,Bir-birindən uzaq olmaz yaxınlar.Bir-birindən qaçar olmaz yaxınlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets