Ulu babam
Bağda dəmir hasar silkəndi birdən,Qapı öz-özünə tay-tay açıldı.Nə şimşək var idi, nə də ki külək,Həyətə, evlərə işıq saçıldı.
Birdən o göründü, hündür, zəhimli,İti baxışları mehriban, ötkəm,İncə baxışları solğun, çəkimli,Tuncay sifətində mərdanə görkəm.
– Səni tanıyıram, əlli il olar,Sən Azər Azərsən, bu yerin oğlu.Sənsən sözdə deyil, sənətdə balaBu yerə, bu xalqa, bu yurda bağlı.
Mən sənin özünəm, Minel qolundan,Doqquz min il qabaq səndən öncəyəm.Doqquz min ildir ki, düzlük yolunda,Əyrilər ilə pəncə-pəncəyəm.
Mən qədim ölkəmə bir də gəlmişəm,Xalq özü çağırıb, səsləyib məni.Tanrımdır, xalqımdır, bir də ki, bəşər,Ölümdən, itimdən gözləyib məni.
Mən qədim ölkəmə bir də gəlmişəm,Səninlə qədimdən çağdaşam, şair.Bunu Tanrı bilir, bir də ki, bəşər,Tanrıyla qohumam, qardaşam, şair.
Göydən bir daş düşüb dənizə bir yol,Qoşaboğaz dəniz dibdən alışıb.Mən onda anadan olmuşam oğul,Taleyim o gündən onda qarışıb.
Bu kitabı götür, oxu və saxla,Bu həm bir tarixdir, həm tarix deyil.Nöqtə, vergülü qoy, sözləri yoxla,Onda ki, yox idi nöqtəylə vergül.
Sənsən bu tarixin davamı, ardı,Mənəm bu kitabın ikinci cildi.Bu gün bu kitabdır bu xalqa yardım,Onu qorumuşam neçə min ildir.
– Ey Tanrım, hökmünə iradətim var,Bu gündən qurşannam bu ağır işə.– Şair, göydə sənə çox inanırlar,Sən çox-çox bağlısan uzaq keçmişə.
Qayıdış yoludur tarixi yollar,Bu yolda yol salıb şeirlə, ilham."Qobustan nağılı", "Ana hökmdar","Sevgi əfsanəsi", bir də "Qızıl cam".
Sənə hamıdan çox inanıram mən,Sən alver etmirsən sözünlə, şair.Yaz, göstər xalqını çox-çox qədimdən,İlhamla, biliklə, dözümlə, şair.
Mən baxdım kitaba, gözüm qaraldı,Nə böyük tarixdir, nə böyük əsər.Varaqlar, yazılar mənə sarıldı,Hər ad bir şəxsiyyət, hər söz bir şəhər.
Başımı qaldırdım, yox idi babam,Qaçdım arxasınca, tuta bilmədim.Çağırdım, çağırdım, söylədim, baba,Ancaq heç bir yandan bir səs gəlmədi.
Bircə bu kitabdır evimin varı,Sözləri oxşayıb daraqlayıram.Kitabı xalq yazıb, bir də ki, Tanrı,Mən onu oxuyub varaqlayıram.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-ulu-babam
Use ← → keys to move, R for a random poem
More by this author
Küsgün görkəm alıb Parsel, Parsdiyar,Tüstü olmur ac-yalavac yerlərdə,
Buzər söylənciBuzər idi başev adı axsaqın,Basar olar kim özünə inansa.
Qurdağız söylənciOn il keçdi, yaşa doldu Qurdağız,Ana südü dib daşıdır körpəyə.
Muğdiyar söylənciƏkbətəndən Buzboğaza bir ay yol,Əl çatmazdır ölkə böyük olanda.