Ürəyim, nəfəsim, alim-şair
oğlum Şamoya

Qədim zamanda Göyən düzəninin aşağı ətəyində bir Göylər kəndi var idi. Bu kənd yerdən qaynaya-qaynaya çıxan bulağın ətrafında cəm olan iyirmi-iyirmi beş evdən ibarət idi. Göylər kəndinin qoyun sürüləri Göyən çöllərini bürümüşdü. Özü də bunlar əslən qoyunçuluqla məşğul olan ağqoyunlu tayfalarından olduqlarına görə, bəzən bunlara Göylər deyil, ağqoyunlular da deyirdilər. Ağqoyunluların çoxlu oğlan uşaqları, az-az qızları olardı. Ancaq nədənsə göylərli Göyalının bir-birinin ardınca südəcər-südəcər yeddi qızı olmuşdu. Necə deyərlər, kişini qız külfəti basıb-bürümüşdü. Göylərli Göyalının qızları nə ac, nə də yalavac idilər. Göyalının özünə görə varı-karı, qoyun-quzusu var idi. Göyalını darıxdıran bu idi ki, niyə yeddi bacının bircə tək qardaşı da yoxdur. Axı bu qızlar qanadlandıqca onun-bunun evinə uçacaq, axırda bir yurdda bir Göyalı, bir də onun qarısı Qaratel qalacaqdı. Bəs bunlardan sonra buranın yurdçulu kim olacaq, kim bu ocağın tüstüsünü Ziyarət dağına doğru ucaldacaqdır?.. Özü də, tərs kimi, Göyalı özü də yeddi bacının bir tək qardaşı olmuşdu, bu ocağın kişi nəsli kəsilmişdi.

– Arvad, bu qızlara bir qardaş gərəkdir!

– Gərək qardaşı göydəki Allah verə, Göyalı!

– Sən istəsən, ocağa-pirə nəzir-niyaz apararsan, Allahın da rəhmi gələr!

– Görünür Allah özü belə məsləhət bilib, bizə yeddi qız qismət edibdir, Göyalı.

– Allah çox nainsaf iş görübdür, xalaqızı!

– Sən asi düşmə, Göyalı.

– Yəni Allahdan oğul payı diləmək asi düşməkdir, Qaratel?

– Bəs Allaha “nainsaf” demək asi düşmək deyilmi?

– Mən səni, Qaratel, başqa yana da yox, Ziyarət dağına aparacağam!

– O daş-qayadan nə istəyəcəyəm, Göyalı?

– Bax, burada sən də asi düşmə, Qaratel. Əgər o dağda kəramət olmasaydı, daha niyə Ziyarət dağı deyirdilər?!

– Düzdür, adı Ziyarət dağıdır, ancaq başqa ağqoyunlular oymağından demirəm, bizim Göylərdən oraya gedən, orada bir yüyürək asan, oğul-uşaq diləyən nə eşitmişəm, nə də görmüşəm.

– Eşitməmisən, görməmisən, çünki Göylərdə hamının işi düz gətiribdir!

– Necə düz gətirib, Göyalı?

– Bizim bu Göylərdə hər ocağın azı-azı beş oğlu, iki qızı olubdur. Hələ mən on oğlan, iki qızdan danışmıram.

– Nə olar, ay Göyalı xalaoğlu, bizə başdan-başa qız payı qismət olanda?

– Eşitməmisəm qız yükü, duz yüküdür, Qaratel!

– Eşitmişəm, Göyalı, indi əlacımız nədir?

– Əlacımız Ziyarət dağına yollanmaq, uca dağdan üzü yuxarı əl qaldırıb, ulu Tanrıya yalvarmaq, qızlara qardaş, yuvamıza da yurdcul diləməkdir!

– Nə olar, deyirsən gedərik, Göyalı. Ancaq gərək heç zaman Allaha asi düşməyəsən, özün də tərtəmiz yuyunub təmizlənəsən, tövbə-əstəğfar edəsən.

– Tövbə-əstəğfar edirəm, Qaratel. Paklanaram, Allah dərgahında düz durub onun verdiyi qız qismətinə şükür edərəm. Yalvarıb-yaxarıb ondan oğul payı da dilərəm!

– Mən də səninlə birlikdə sənə oğul payı dilərəm, Göyalı!

– Bəyəm sən özün, Qaratel, oğul payına möhtac deyilsən?

– Düzü, Göyalı, mən Allahın qız qismətinə qaneyəm.

– Ziyarətin heç bir ziyanı yoxdur, Qaratel. Gedərik, dağ dünyasında yatan övliyaları ziyarət edərik. Diz üstə düşüb daşları öpərik, sonra da Ziyarət dağının kəlləsinə qalxıb ulu Tanrının özünə yalvararıq!

– Gərək onda sidq-dil ilə ulu Tanrıya tapınasan, özün də şəkk-şübhəsiz inanasan, Göyalı!

– Sən oğulsuz olduğuma görə yandığımdan üsyan edib asi düşməyimə baxma. Bu dildədir, ürəkdən tək Tanrıya da, onun peyğəmbərlərinə də, imamlarına da, imam övliyalarına da inanıram. Hələ özün bilirsən ki, Məhəmməd nəslinin qabağında necə də acizəm.

– Odur ki, ildən-ilə var-yoxunun çox yarısını seyidlər yığıb-yığışdırıb aparırlar.

– Nə olar, qoy seyidlər hamısını aparsınlar, təki bizim bir oğlumuz olsun: qızlara qardaş, bu ata-baba yurduma da yurdcul!

Göyalı təkidlə deyəndən, Qaratel də eşidəndən sonra onlar qərara gəldilər ki, nəzir-niyaz götürüb Ziyarət dağına yollansınlar. Orada daş məqbərəli övliyaları ziyarət etsinlər. Ziyarət dağının uca zirvəsinə qalxıb tək Tanrıya dəxil düşsünlər.

Ziyarət dağı Göylərdən gözlə baxanda yaxında görünsə də, uzaqda idi. Düzdür, buradan baxan adama elə gəlirdi ki, Göylər obasının uzanan tüstüləri Ziyarət dağına ucalır. Əslində belə deyildi, belə görünürdü.

Ər-arvadın yır-yığış etdiklərini duyan, əməli-başlı yuyunub qüsl etdiklərini bilən qızların böyüyü soruşdu:

– Haraya belə, ata?

Göyalı dinməsə də Qaratel dilləndi:

– Ziyarət dağına, qızım!

– Onda bizi də aparın, – deyə böyük qız təkid edincə xırdaca qızlar da öz ata-analarının yaxalarından asıldılar.

– Bizi də!

– Bizi də!

Qaratel toplanıb gələn yeddi qızın yeddisinin də şəvə saçlarını sığalladı. Göyalı da böyük qızlarını öpdü, xırda qızlarını da bircə-bircə qucağına qaldırıb öpə-öpə yenə qoydu:

– Ora uzaqdır, qızlar!

– Biz dəvəyə minərik.

– O dağa dəvə çıxmaz.

– Onda atla aparın.

– Biz Ziyarət dağına piyada yollanıb, siz qızlara qardaş diləmək istəyirik.

– Elədə biz də, biz də qardaş istəyirik! – deyə böyük qızlar atılıb-düşüncə, xırdaca qızlar özlərini qabağa verirdilər.

– Qoyun o dağa gedib bizə qardaş gətirsinlər!

– Neçəsini, qızlar?

– Hərəmizə bir qardaş.

Göyalı cavab verdi:

– Hamınıza təkcə bircə qardaş da olsa, Tanrımıza şükür edərik! – deyə Göyalı kövrəlincə qızların gözləri yaşara-yaşara hərləndi. Qaratel göz yaşlarını düyünlü barmaqları ilə sildi. Göyalı udqundu, o da özünü müqəssir saydı. Göyalı özünü müqəssir saydı ki, bəlkə Allahın qisməti belə imiş? Bəlkə Allah bilən yaxşı imiş? Daha Allaha yalvaryapış edib onu üzə salmaq, ona artıq başağrısı vermək heç də yaxşı deyildir?! Ancaq daha geriyə dönmək olmazdı, qızlar özləri də onları qayıtmağa qoymazdılar.

– Biz razıyıq, bizi qoyub gedin, – deyə yenə də böyük qız ağbirçək ədası ilə dilləndi. – Hərəmizə bir qardaş da olmasa, hamımıza bircə qardaş da olsa, Ziyarət dağından diləyin!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

VII

Hüquq fakültəsinin salonu xüsusi bir səliqə ilə bəzənmişdi. Beş yüzdən yuxarı sanlar geyim-kecimli adamla dolmuşdu. Xoş bir ətir salonu bürümüşdü... Buraxılışa həsr olunmuş bu gecədə tələbələrin bəzi yaxın-uzaq qohumları, tanış-bilişləri əyləşmişdi. Birinci sırada oturanların içərisində Züleyxa, onun sağ tərəfində anası Şəhla, sol tərəfində isə Katibə xala əyləşmişdi. Geniş səhnə allı-güllü çiçəklər, parlaq rəngli məxmərlər içində itmişdi...Mehman rəyasət heyəti içərisində oturmuşdu. Professor Məlikzadə danışığını qurtarandan sonra hüquq fakültəsini əla qiymətlə bitirən tələbədən on beş nəfərin adını çəkdi. Bugünkü təntənə şəraitində bir neçə tələbənin diplomunu verməyini lazım bildi. O, birinci olaraq Mehmanın diplomunu əlinə götürdü: təhsil müddəti içərisində onun əla qiymətlə hüquq fakültəsini qurtarmağını qeyd etdi. Professor diplomu qaldırıb yellətdi:

194411 min
VIII

Hüquq fakültəsinin böyük və zəngin kitabxanasında, göy xələtli kitabxanaçılar çalışıb-əlləşir, tələbələri, müəllimləri, professorları, elmi işçiləri istədikləri kitablarla təmin edirdilər... Onlar yan tərəfdəki qiraət salonunda səssiz-səmirsiz oxuyur, kağız üzərində qeydlər edirdilər. Diqqətlə qulaq asanda buradan, yalnız üzərində qələm işlənən kağızların xışıltısı eşidilirdi... Küncdəki balaca stolun arxasında oturan Mehman da, çoxdan əlləşirdi. O, buraxılışdan sonra verilən məzuniyyətdən istifadə edərək çalışırdı. Mehman çox düşünüb, çox mühakimə etdikdən sonra verilən məzuniyyətdən istifadə edərək çalışırdı. Mehman çox düşünüb, çox mühakimə etdikdən sonra “Azərbaycanın qədim dövrünə aid hüquq tariximizdən” adında bir elmi əsər üzərində işləməyi qərara almışdı. O hələ neçə ay idi ki, bu mövzu üstündə çalışır, kitabxananı çox arayır, az şey tapırdı. Professor Məlikzadə Mehmanın bu fikrindən xəbər tutaraq çox şad olmuşdu. Buna görə də o öz sevimli tələbəsinə baş çəkmək, ona məsləhət vermək qərarına gəlmişdi. Professor qapını arxa tərəfdən yavaşca açıb içəriyə girdi, əlini Mehmanın çiyninə qoydu. İşarə ilə qiraət salonundan qaldırıb kitabxanaya gətirdi. Şkaflar ağzınacan qalın cildli kitablarla dolu idi.– Çox zəngin kitabxanadır, – deyə professor böyük maraqla kitab dolu rəfləri göstərdi, – çox böyük dövlətdir!.. Bax burada hər bir dildə əsər tapmaq olar. – Professor əlini kitab qəfəsələrində gəzdirdi. – Bu dünyada hər şeydən artıq, hüquqa dair əsər yazılmışdır. – Professor gülümsəyib Mehmandan soruşdu. – Bilirsinizmi niyə? – Özü də cavab verdi, – çünki bu dünyada bizim sosialist inqilabına qədər zorakılıq, haqsızlıq hər şeydən çox olmuşdur!.. Bunun da dərin iqtisadi-siyasi səbəbləri vardır!.. Mən sizə məsləhət görürəm ki, elmi işiniz üçün bu cəhətləri nəzərə alasınız... Çünki dərin tədqiqat, böyük əmək və yuxusuz gecələr olmadan elmi əsər yarana bilməz!..

19447 min
IX

Qırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:

19446 min
X

Hüquq fakültəsinin buraxılışı üçün verilmiş məzuniyyətin vaxtı bitmişdi. Tələbələr bir-bir kabinetə daxil olub çıxır, müəyyən rayonlara təyin edilib vəzifəyə göndərilirdilər. Onlardan kimisi öz təyinatından razı qalıb sevinir, kimisi də narazı olub deyinirdi. Mehman da öz növbəsində içəriyə girib respublika prokuroruna salam verdi, ortaboylu, enlikürəkli respublika prokuroru ayağa qalxıb Mehmanla görüşdü:– Professor Məlikzadə sizdən çox söyləmişdir, – deyə o siyahıda etdiyi qeydə baxdı, – mən də, düzü, bu təklifi müdafiə edirəm. Doğrudan da, siz hüquq fakültəsində qalıb həm elmi işlə məşğul olar, həm də aşağı siniflərdə dərs deyə bilərsiniz.

19445 min

Poems by other poets