Abşeron bağları
Abşeronu bəyənməyən adamlarMəgər bilmir bu torpaqda nələr var?Olmasa da sıx meşəli dağları,Səfalıdır Abşeronun bağları.Olmasa da bu yerdə buz bulaqlar,Süfrəmizdən razı gedir qonaqlar.Bu nemətlər yaranmayıb havadan,Bu qocaman ağacları bir zamanMəhəbbətlə əkib ulu babalar,Qəhrəmandır bizim ellər, obalar.
Gün doğdumu Şüvəlanda yay çağı,Təndir kimi qızdırdımı torpağı,Dəli xəzri hal-küyünü kəsdimi,On-on beş gün xoş gilavar əsdimi,Yavaş-yavaş üzümlərə xal düşür,Sarı əncir öz vaxtında yetişir.Dəstə-dəstə qonaq gəlir hər bağa,Torpaq oğlu qiymət verir torpağa.Budur, yenə bağda əncir saralır,Oğul-uşaq ağaclara yan alır;İrisini səbət-səbət dərirlər,Soyub bir-bir tikan üstə sərirlər.Çox şirindir bu torpağın ənciri,Özü də ki, bizim bağın ənciri!Çəkib yerin şirəsini canına,Qan artırır yer oğlunun qanına.Qış günündə piskəndəsi yeyilir,Becərənə afərinlər deyilir.Gəlin gedək əncir yeyək, uşaqlar,Adam kimi əl eləyir budaqlar.Bir az çörək, bir az pendir götürək,Səhər-səhər ağac altda ötürək.Gördünüzmü, necə yerdir Abşeron,Gəl-gəl deyir sizə bir-bir Abşeron!Hər ayaqda odur mənim həyanım,Torpağına qurban olsun bu canım!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-abseron-baglari
Use ← → keys to move, R for a random poem
More by this author
Nadanla əməl dostluğu insana yaraşmaz,Şəksiz necə ki, qarğa gülüstana yaraşmaz.
Beşgünlük deyilEy könül, amalımın dünyası beşgünlük deyil,Düşmə ruhdan, ömrümün mənası beşgünlük deyil.
Azərbaycandan ayrılmazGözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz.
NəsillərəNəsillər! Bilirik ki, deyilsiniz vəfasız,Baxmayın, etinasız
Poems by other poets · Homeland
Könül, vəfalı olan yarə etibar eylə,Vəfalı olmayanı cəhd qıl, kənar eylə.
ای نام تو در شهر به خوبی مشهوروصل تو تمنای هزاران مهجور
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,