Dostum Osman Sarıvəllinin Almaniya səfəri

Leypsiq yarmarkasında qazaxlı dostum OsmanAşıq Ələsgərimin papağını tapıbdır.Nənəsinin evindən oğurlanmış qazanın,Düşüb əldən-ayaqdan qapağını tapıbdır.Nəbinin can sirdaşı igid Həcər xanımın,Oxloyunu axtarıb, tabağını tapıbdır.Şeri dillər əzbəri gözəl aşıq PərininDişləri sağ-salamat darağını tapıbdır.Kahaların birində Adəm əleyhissalamınÇarığını, üstəlik dolağını tapıbdır.Hamımızın nənəsi Həvva həzrətlərininİynəsini, sapını, oymağını tapıbdır.Leypsiq meyxanəsində Masazırlı VahidinCibindən yoxa çıxmış arağını tapıbdır.Qoç Koroğlunun deyil, qoçaq Hacı Qaranın,Patronları cağbacağ yarağını tapıbdır.

Almaniya torpağında dədəsi AbdullanınQoyun-quzuya həsrət çomağını tapıbdır.Yazıq aşıq Pənahın, Osmanla davasındaParçalanmış sazını, çanağını tapıbdır.Alman Bodenştedtin mətbəxinin küncündəŞair Mirzə Şəfinin başmağını tapıbdır.Vətənə tezdən də tez çatmaqçın NəsrəddininTəyyarədən sürətli ulağını tapıbdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets