Uçunuz
Hara uçursunuz, bilim, durnalar!Mənim tərcümanım, dilim durnalar!
Nə olar uçunuz mən deyən yerə,Sizə əhsən deyim gündə min kərə.Dolsun səsinizlə bütün dağ, dərə.Sizindir çəmənim, çölüm, durnalarŞəlaləm, dənizim, gölüm, durnalar.
Gülməyin gözümdən axan yaşıma,Baharda qar yağıb mənim başıma.Neyləyim, acıma, qan qardaşımaÇoxdandır çatmayır əlim, durnalar.Bunu yaxşı bilir elim, durnalar.
Arazdan o taya ötürün məni,Arzuma-kamıma yetirin məni.Paylayım sevinci, şeri, nəğməni,Dəysin dost əlinə əlim, durnalar,İkiqat olmamış belim, durnalar.
Doğma Arazımın qırağındayam,Bir qaragözlünün fərağındayamHəm bacı, həm qardaş sorağındayam,Məni qorxutmayır ölüm, durnalar!El gülsün, mən də bir gülüm, durnalar.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-ucunuz
Use ← → keys to move, R for a random poem
More by this author
Ürəyimin yaxınları, eşidin,Diləyimin yaxınları, eşidin:
Burax!Söyləmə: “Gəl səni qəfəsə salım,Yanıb külə dönsün vətənin nəşi!”
LaylaBir komada balasına layla çalır bir ana,Dərdlərini sanki bir-bir yada salır bir ana.
Mücahidlər mahnısıBiz gedirik azadlıqçün döyüşə,Sinələri dağlamayın, analar!