Xatirat dəftərim durur qarşımda,Dolaşır bir ölməz sevda başımda.Gözəl Qarabağda cavan yaşımdaBir gözəl seçdiyim yadıma düşdü.

Gəzdik Qarabağı qolum qolunda,Varımı, yoxumu görürdüm onda.Bu şair qəlbimlə onun yolundaMin dərdə düşdüyüm yadıma düşdü.

Könlümün arzusu diləyiydi o,Nazlı mələklərin mələyiydi o,Gözümdə göyçəklər göyçəyiydi o“Buna and içdiyim yadıma düşdü.

O məndən xəbərsiz köçdü yaylağa,Bəxtimdən nigaran, soraq-sorağa –Qəlbimdə ilk yara, yar köçən dağaYığışıb köçdüyüm yadıma düşdü.

Uçdu bir sonatək eşqin gölündən,Adı bu aşiqin düşməz dilindən.İsa bulağında onun əlindənSu alıb içdiyim yadıma düşdü.

Məndən uzaq gəzdi nədənsə, aman,Ayrılıq ölümdən yamanmış, yaman.Hər gün evlərinin lap qabağındanTitrəyib keçdiyim yadıma düşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love