Mən bir dost itirmişəmGözlərim görə-görə.Bu itkidən ürəyimOlub yanar bir kürə.Mən bir dost itirmişəmHarda?Döyüşlərdəmi?Soruş onun məzarıKənddəmi, şəhərdəmi?Soruş necə itibdir?Dənizdəmi qərq olub?Bəlkə qızmar sobadaYana-yana qovrulub?Bəlkə uçquna düşüb,Bəlkə boranda itib?– Dağlara yol çəkəndə,Körpü quranda itib?Bu suallar gərəksiz,Bu şübhələr nahaqdır,Mən bir dost itirmişəm,Dostum ölməyib, sağdır.Nə xəstədir, nə şikəst.Mən bir dost itirmişəm,

Bu necə itkidir bəs?Ölsəydi, ağlayardım,Məzarını hər axşamÖpüb qucaqlayardım.Kor olsaydı gözləri,Verərdim gözlərimi,Köməyə çağırardımBütün əzizlərimi.Yox, onu nə cəbhədə,Nə qürbətdə itirdim.Nə zülmətdə itirdim,Nə xəlvətdə itirdim.Nə uzaq bir ölkəyəSəyahətdə itirdim.Onu həyatda tapıb,Kabinetdə itirdim.Mən itirdim,O tapdı.Tapdı ad-san, vəzifə,Mən itirdim, mən yandım,O yanmadı bir dəfə.Tapdığına sevindi,Böyüdü, qürrələndi.O, vəzifə gücünəYüz-yüz dost tapıb indi.(Vəzifə, ay vəzifə,Səndəki hünərə bax:Rentgen göstərmədiyiƏn gizli nöqtələriSən göstərirsən ancaq)Mən bir dost itirmişəm,Bir vaxt qəlbi təmizdi.Ona mərdlik, səadətCanımdan da əzizdi.O mənimlə həmfikir,O mənimlə həmnəfəs,O mənimlə sirdaşdı.Hanı o dost, hanı bəs?

Hanı o dost?Oğlum daOnu məndən soruşur.Gedər-gəlməz əminiHər gələndə soruşur.Soruşur:– Hər gün məniQucub-öpən hardadır?Ata, ilk qədəmiməÇiçək səpən hardadı?Niyə bizə gəlmir o,Hardadı uşaqları?Anam da hey soruşur:– Hanı dostun, ay oğul?Bəlkə əhdi, ilqarıÖzün pozdun, ay oğul?Mən ki, onu heç zamanSəndən ayırmamışam.Yaman könlüm istəyir,Qoşa gəlin bu axşam.Sizə plov bişirrəm,Dost nədir, küsmək nədir?..Gah xəstədir deyirəm,Gah da uzaq səfərdə.Gözlərim görə-görəMəndən çox uzaqdadır.Onun gülüşü saxta,Danışığı saxtadır.Nə qədər desən “incə”Nə qədər desən “nəcib”O qədər “incəlib ki”,O, vəzifə başına“İynə gözündən” keçibMən bir dost itirmişəm,Sinəmdə daş asılıb.Ürəyimin başına,Nekroloqu yazılıb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets