Bar ilahim,qismət eyləYara yoldaş elə məni.Mən ona can qıyar olsam,O sevsin baş ilə məni.

Ağladırsan, güldürursən,Çeşmim yaşın sildirirsən,Cəllad kimi öldürürsən,O göz, o qaş ilə məni.

Abbas deyər: səni tarı,Çıxart könlündən qubarı,Sevər olsan özgə yarı,Yandır atəş ilə məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets