Mənim
Qulaq asın, a yoldaşlar,Çoxdu qəhri-qəzam mənim.Xəstə düşdüm qürbət eldə,Artıq olub cəzam mənim.
Bir zaman gəzdim havalı,Götürdüm muzdu, bavalı.Qonşum imiş un çuvalı,Dostum imiş qazan mənim.
Mənim işim ahü-zardı,Bu gen dünya mənə dardı.Abdullayam, günahkardı,Dəftərimi yazan mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/usta-abdulla-menim
Use ← → keys to move, R for a random poem