Baba öyüdü
Mehtər Nəim əfəndiyə oxşatma
Əzizim, aqil olma, cəhd qıl tut rəsmi-nadanlıq.Fəqət nadanlıq ilə dəf olar hər bir pərişanlıq.
Dəm ur zahid kimi bihudə daim adəmiyyətdən,Düşünmə, anlama, bilmə, nədir dünyadə insanlıq.
Salıb nari-fəraqə, Adəmi cənnətdən ixrac et,Elə zahirdə möminlik, vəli batində şeytanlıq.
Cavansan, ömrünü sərf etmə elmə, keyfə məşğul ol,Çəkərsən aqibət, oğlum, qocalsan çox peşimanlıq.
Olub sailbəkəf daim dolan, bilmə həya qədrin,Gədalıq rütbəsin kəsb et, budur aləmdə sultanlıq.
Müsəlmansan nə eybi, vur, yıx, öz dindaşını öldür,Budur, qanuni-milliyyət, budur rəsmi-müsəlmanlıq.
İnanma elmdən bir faidə var, derlər insanə,Qulaq vermə bu mövhum sözə, odur məhz heyvanlıq.
Meyü məşuqə ilə gündə məst ol, hüşyar olma.Əgər kəsb etmək istərsən cahanda elmü ürfanlıq.
Görüb bir əcnəbi, tülkü kimi tez gəl ona yalvar,Vəli həmcinsinə qəhr eylə daim, eylə aslanlıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-baba-oyudu
Use ← → keys to move, R for a random poem
More by this author
Könüllər şad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
Küsmüsən məndənEşitdim, sevgilim, küsmüsən məndən?Qaçırma bülbülü öz çəmənindən.
SevgilimSevgilim qaşların çatıb baş-başa,Hüsnünə etməyə hər gün tamaşa
GözlərinSevgilim, el bilir mən əhli-dərdəm,Səndən başqasını sevsəm namərdəm.