Bu nə meydir ki, içirkən məni bihuş etdi?Xatirimdən qəmi-ənduhi fəramuş etdi!

Tapmadım çarə yanan könlümə meydən qeyri,Məni eşqin nə qədər dərdü qəmə tuş etdi.

Gər əlim yetsə, ayağından öpərdim, saqi,Xümi-meytək mey içərkən bədənim cuş etdi.

Cənnət əhli o adamdır ki, dönüb vaizdənPiri-meyxanə nəsihətlərini guş etdi.

Mey əgər ləli-ləbi-dilbərə aludə deyil,Bəs ayağinə sürahi niyə kürnuş etdi?

Eşq bir şölə çəkib, yandı vücudum yeksər,Gör ki, bir ah bu şəmi necə xamuş etdi!

Tökdü, Vahid, yenə yarım üzünə tellərini,Cəm ikən xatiri-məhzunimi məğşuş etdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love