Mən həmişə yarımın zülfün pərişan istərəm
Mən həmişə yarımın zülfün pərişan istərəm,Ağ üzündə qara xalın, çünki pünhan istərəm.
İstərəm, zülfü üzünə düşsün, olsun sayəban,Görməsin əğyari-bədxu, ruyi-canan, istərəm.
Dur kənarimdə, nigara, qıl tamaşa aşiqə,Bir mərizü biəlacam, dərdə dərman istərəm.
Zahidi-kəməqlə bax, vəsf eyləyir qılmanü hur,Neylərəm qılmanü huri, vəsli-xuban istərəm.
Vahida, yoxdu sənin tək xar olan əyyamdə,İndi ki, yoxdu əlacın, söylə hicran istərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-men-hemise-yarimin-zulfun-perisan-isterem
Use ← → keys to move, R for a random poem
More by this author
Gördüm əğyar ilə, ey gül, səni, heyran qaldım,Gözlərin fikrini etdikcə, pərişan qaldım.
Yetişdi qeyri aşiqlər vüsali-yarə, mən qaldımYetişdi qeyri aşiqlər vüsali-yarə, mən qaldım,Xəlayiq çarə tapdı dərdinə, biçarə mən qaldım.
“Yarımı bağçada qəm-qüssəyə batmış sandım“Yarımı bağçada qəm-qüssəyə batmış sandım,Xəbər aldım ki, nə var, dinmədi, yatmış sandım”.
Dedim, əğyar ilə gəzmə, sənə çox yalvardımDedim, əğyar ilə gəzmə, sənə çox yalvardım,İndi dincəl, gözəlim, mən də ölüb qurtardım.
Poems by other poets · Love
Gözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər təkƏzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.