Dün dilbərimi məclisi-meyxanədə gördüm,Əksi-rüxi-cananımı peymanədə gördüm.

Yandırdı məni şəmcəmalilə nigarım,Bu yanmağı nə şəm, nə pərvanədə gördüm.

Qıldım nəzər ol şuxun iki çeşminə nagəh,Min fitnə mən ol nərgisi-məstanədə gördüm.

Məşşatə vurub türreyi-dildarıma şanə,Aşüftəliyim zülflə həm, şanədə gördüm.

Əğyarə qılır lütf, mənə cövrü cəfasınDaim o məhin meylini biganədə gördüm.

Gəl söyləmə, zahid, mənə övsafi-behişti,Cənnət çiçəyin mən rüxi-cananədə gördüm.

Şuxluqla o şuxə nə dedim, incidi məndən,Vahidi müqəssir, de ki, aya, nədə gördüm?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love