Məni hicran qəminə saldı o məhparə yenə,Zülfü tək eylədi aydın günümü qarə yenə.

Xoş o günlər, sənə vəslində deyərdim dərdim,İndi hicrin deyirəm hər dərü divarə yenə.

Bir vurub sinəmə müjgan oxunu getmiş idi,Fikri var, bir də edə, könlümü sədparə yenə.

Nəqdi can əldə tutar kim ki, xiridarı ola,Yusifi gər çəkələr səhneyi-bazarə yenə.

Kəndumi-xalini könlüm quşuna göstərdi,Edəcəkdir məni-biçarəni avarə yenə.

Dün eşitdim səni, əğyar ilə həmsöhbətsən,Vədeyi-vəsl veribsən, gülüm, əğyarə yenə.

Xəstə bülbül kimi, Vahid, işim əfğan oldu,O gül həmdəm olubdur, dedilər xarə yenə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation