Nədarəm
Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.
Dünya dəyə bir-birə sərapa,Min həşr ola şuriş ilə bərpa,Sərtasər əgər dağılsa dünya,Təsir eləməz mənə heç əsla.Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.
Millət bata yüz qəmü məlalə,Ney tək edələr fəqanü nalə.Hər gün yetə gər vətən zəvalə,Bir zərrəcə düşmərəm xəyalə,Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.
Yoxsul ola gər bütün cəmaət,Gər ölsə də qılmaram himayət.Millət qəmi, biqəmə nə hacət?Bir kəs mənə eyləməz məlamət,Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.
Nə əhli-diləm ki, anlayam dil.Nə arifəm, elm edəm də təhsil.Nə öyləcə naqisəm, nə təkmil,Nə xahiş edərsəm, olar hasil,Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-nedarem
Use ← → keys to move, R for a random poem
More by this author
“Yoxdur eybim, – desə hər kim, – məni tənqid eləmə”,Baxma, bic tülküdür, ay Kirpi dayı, al qələmə.
Cibişdan ayıGəldi çün-mahi-məhərrəm, bu müsəlman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.
Yenə təsir eləmir...Sirkdə çox tərbiyəni verir bil insan ayıya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!
EhsanlarımızSəndən, ay Kirpi dayı, var yeni bir xahişimizSən əgər mərhəmət etsən, düzələr hər işimiz.
Poems by other poets · Homeland
Ona qanad verən öz xəyalıydı,Məskəni dağların yaşıl yalıydı.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Firudin bəy KöçərliyəBaşına tuşlanan düşmən xəncəriXalqının qəlbinə tuşlandı sənin.
Deyəcəyəm-deyəcəksizÇox işlərdə yarımçığıq biz hələ ki,Düşmən qalıb özümüzə toy tuturuq…