Min il sonrakı kimiyenə də dərdlər açdı,yenə də bu dünyadasevinc dərdə,dərd sevincə möhtacdı.

Min il sonrakı kimigül yarpaqdan qanad aldı,qanad aldı, qanadlandı,yarpaq da gülə uçdu,baxıb gülə, yarpağadərdi yazan da açdı.

Min il əvvəlki kimiyenə dərdlər uçurdumin il sonraya sarıhey sürü-sürü, tək-tək,min il sonrakı dərdlərmin il əvvələ uçantək.

Beləcə itirdi zaman,beləcə mavi göylərinbudağında, yarpağındagecə gündüzlə haçaydı,göyüzündə doğulan dağlargöyüzündən də ucaydı.

Min il sonrakı kimiyenə sevinc dərdə,dərd sevincə körpüydü,bu dünyada gördüyümüzgörmədiyimizin köpüyüydü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets