Mən şeirin göyüzünə tuşlanan güllədənvurulub düşmək istəyirəm,düşmək istəyirəmbir sevgili şeirimin qollarına.Ancaq istərəmsonbeşik, sonqələm şeirlərimyıxılanda görməsinlər məni,yıxıldığım yerə baxmadanuçub keçsinlər üstümdən.

Mən şeirin göyüzündə-şeirin buluduna girdiyim yerdəvurulub ölmək istəyirəm.Eləcə öləcəyəm də!

Öləndəbu torpağın ən qəmli şeirininayaqları altında basdırın məni,o qəmin, o şeirin yarasının hovunuheç olmasa bir azcacanıma çəkə bildim bəlkə.

Bir də qara torpağa qaytaranda məni,ayırın bədənimdən, ötürün göyüzünəmənə sarılıb ağrımı udan,ağrılardan canı şan-şan buludu,düşəndə düşdüyüm göyü, yericanıyla yumşaldan buludu,Sonra deyin: Dünyanın işi belədi,Bu şairin də gücü çatmadı dünyaya,dünya bu şairin də üstündən yol elədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring