Yıxılarkən hamıya dua açan körpə varlıq
Mən bütün bunlardan sonra anladım, İlahi, şeir, kitab, söz yoxumuş, yerüzündən göyüzünə min bir yana, hamısı da Sənə doğru sonsuz yollar, sonsuz uçuşlar, sonsuz sevgilər varmış ancaq. Həm də anladım, qanad uçmağa, səs oxumağa, söz yazmağa, insanın özüyçün duası Allaha mane olurmuş. Həm də insan özü duymadan Kainatın lap qırağında, göyüzünün yıxılan, axan bir yerindən heç vaxt görmədiyi, bir qəribə körpə varlıq hər an dönə-dönə dua edir ona... Həm də o sevgili körpə elə bilir dua oxuyan Allah özüdür, o isə ancaq duanın hər insançün hər an bir ayrıca oxunduğunu duyur və buna sevinir.
Yıxılırkən özündən başqa hamıya dua açıb sevinənlər, bütün dünyanın üstündə duaları çiçəktək açılanlar, Sizinçün sonsuz göyüzünə
Sonsuz yollar, sonsuz uçuşlar, sonsuz sevgilər:
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-yixilarken-hamiya-dua-acan-korpe-varliq
Use ← → keys to move, R for a random poem
More by this author
Varı, yoxu – dibində daş,yanında da daş balası,
Bütün kainat, bütün göyüzü- Tanrının qapısı ağzı!Yer-göyüzündə kiçicik bir nöqtə yox,Göyüzünün kiçicik bir nöqtəsi!
Səni Allah yaradıbsa, Allaha lazımsan deməkMin illik dərbədər dərtdən,yadigar qəmdən də keçsən,
Ölümsüzlük gəlməz, gedilərGözün göz yaşından sərxoş,Canın qəmdən!
Poems by other poets · Love
Ey soran bəndən: «Nədür eşqi?», qoy aşiq tərkidə,Vermiyə qəlbində yer eşqə, yolını bərkidə.
DanışaqŞair sualına cavab verməyə,Min dərs alan bir xəyaldan danışaq,
Xoş xəbərdimiAğrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın