Özüm özümə gülüb, özümü sarımaqdan sərxoş oluram
Kim eşqlə dolu bədəndən sərxoş olur,kim ayrılıqlarla dolu badədən,mən hər an yenidən yıxılırkəngöyüzünü saxlayan bir dirəkdənhər an qalxıb onuyenidən yürüməkdən sərxoş oluram.
Kim quş olmaqdan sərxoş olur,Kim quşa atılan daş olmaqdan,Mən göydə o daşa sarılmaqdan,Sarılıb göydə o quşu daYerə düşən anda yeri də, daşı daAğrıdan qorumaqdan sərxoş oluram.
Hanı məndən ağıllı, məndən dəli hanı?!Məni dəlilərdən ağıllı,ağıllılardan dəli bilirkən hamı,mən özüm özümühamıdan gülməli saymaqdan,özüm özümə gülüb,özümü sarımaqdan sərxoş oluram.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-ozum-ozume-gulub-ozumu-sarimaqdan-serxos-oluram
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wine and the tavern
شاخ گل را شرم بادا گر گلی بار آورد
YaxşıdırNamərd ilə şirin şərbət içməkdənMərd ilə içməyə ağu yaxşıdır.
XilqətimizdənBir sövq təbiətlə bəşər maili-qovğa,Hər kəsdə təcavüz, sitəm əndişəsi peyda.
SüsəniEy nəzakət çəməni içrə xuraman Süsəni,Xublıq kişvərinin təxtinə sultan Süsəni,