Nəfəs ala-ala olmaz oraya, sevginin gücündən nəfəs çırpınar, çırpınıb, çırpınıb nəfəs gizlənər
Hər biri özü öz dəminin üstdəadamlar dolaşır dəstəbədəstəözünü həm şam,həm də ki, şah sayan bir dilənçininovcundan dağılan qəminin üstdə.
Şam olmaq da bəsdi şah sayılmağa,Şamlığın var, demək, taxtın, tacın var,Şam, taxtın mübarək, tacın mübarək!Şahlığın var, demək, toxun, acın var,Şah, toxun mübarək, acın mübarək!
Tacın taxtın üstdə,toxun acın üstdə ballandığıtəkqəmin qəmin üstdə ballanır, ey Şah,bolluğundan daşır, daha, deyəsən,mən də kef çəkirəm qəmdən bal çəkib,mən də bir başqa cür şaham, deyəsən.
Sən qəmin şahısan, şahlığın şanlı,Mən qəmin şanıyam, şanım dolubdu,Həm qəmin özüylə, həm nəğməsiylə,Həm də gülüşüylə canım dolubdu.
Balına gəlməyi diləmə məndən,Çünki eşqin azdı, ey Şah, qəmindən,həm də şahlığından şamlığın da az,həm də bu dünyadan qəmin çox dayaz.
Ey şah, mənim qəmim eşqin üzünüdünyadan gizlədən saç şəklindədi,min il sərxoşluqçün bir qurtum şərab,min il dəlilikçün tac şəklindədi.
Can canı qoxlayar o saçın altda,Qoxlayıb, qoxlayıb can canı tapar,Hər canın içindəsevgini gizlədən qəfəs çırpınar,
çırpınıb, çırpınıb qəfəs gizlənər,tel teli qoxlayar, tel teli öpər,sevginin gücündən nəfəs çırpınar,çırpınıb, çırpınıb nəfəs gizlənər.
Nəfəs ala-ala olmaz oraya,Çünki cana çəkər nəfəs sevginiçəkdikcə sevginin gücün alacaq,nəfəs ala-ala olmaz oraya,orda yaşamazlar, orda ölməzlər,orda gecə-gündüz sevərlər ancaq.
Ən eşqli dəlilər, ən şam dəlilərancaq orda çiçək aça bilərlər,ancaq onlar ora istənən andaqanadsız, nəfəssiz uça bilərlər.
Sən ancaq sev atıl onun üstünə,ancaq ondan heç vaxt qanad istəmə,ora atılmaqdı çətini ancaq,elə nəfəssiz də,elə qanadsız da ora atılcaq,sən özun bilmədən sənin yerinəgöy nəfəs alacaq, qanad açacaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-nefes-ala-ala-olmaz-oraya-sevginin-gucunden-nefes
Use ← → keys to move, R for a random poem
More by this author
Son 70-80 ildə yaxından gördüyüm, tanıdığım, əsl həqiqətlərini eşitdiyim böyük və ya dahi adlandırılan adamların əslində, nə boyda olduqlarını düşündükcə dünya tarixinin çox böyük şəxsiyyətləri, hətta dünya tarixinin özü mənə şox cılız, uydurulmuş və qəddar görünür. Bir sözlə, tarix çox əclaf şeydir.Mən bu sözləri, ölümündən bir neçə il keçsə də, yalnız Natiq Səfərov üçün, onun oxumasından ötrü yazıram, çünki elə bil onun belə bir istəyini hiss eləmiş kimiyəm.
Ölümsüz bir İlahi yoluDünyanın ən böyük dilçilərindən Aydını xatırlarkən və indi bulunduğu yerdə sevgilər içində olduğunu duyarkən*Bir baş daşı ardında olsaydın nə
Kipr adası – Türk kamanıYenə üzürəm göyüzündə,Göyüzündə, göyüzünün bir qırağıyla,
Uşaq və çörəkBalaca Toğrul Səxavətə*Torpağın, daşın, buzun üstdə
Poems by other poets · Love
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Çətin görüşMənə elə gəlir ki,Bir həftə,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Verəli dil o qarə tellərə naşad olubamVerəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.