Sən hamıdan zalım, balaca çiçək
Sən də zalım çıxdın, dəli qardaşım külək,apara bilmədin başımdakı dumanı,heç olmasa, qoyma, duman aparır məni.
Sən də zalım çıxdın, bacım günəş,heç demədin də başımdakı bu nə qarmış,əridə bilmədin bu bir ovuc qarı da,bacı, sənin də elə adın varmış.
Sən də zalım çıxdın, balaca balam dəniz,Heylədin, ulduzun duyuq düşdü?Balığını neynirdim, –Ulduzuna tor atdım,Toruma balıq düşdü.
Sən hamıdan zalım, körpəcə çiçək,çünki təkcə sən soruşursan məndən:– Zalım olmaq nədi?!– Mən də bilmirəm, anam,Amma, deyəsən, bu da bir cür istəkdi,zalımlara dua etmək,zalımları sevməkdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-sen-hamidan-zalim-balaca-cicek
Use ← → keys to move, R for a random poem
More by this author
Noldu birdən-birə, Mixail Yuriyeviç,İndicə gülürdünüz?!
Əli kərimin kitabına baxan quşHələ ki, bizim dilimizdəBizdən də yaxşı danışır
Ədalətin sazının bir teliQışılmışdı iki yetim bir-birinə,Leyli saz qısılmışdı Ədalətə,
Təzə gələn körpəyəBütün körpələr cənnətdən gəlir. Hər təzə körpə dünyaya göz açan kimi canına daraşan dərdləri görüb qışqırır ki, onu istədiyi dünyaya deyil, səhvən başqa dünyaya gətirdiyini Allah eşitsin. Körpənin ilk qışqırtısı Allaha ilk duası, dünyaya ilk etirazıdır.Ay bəbə, baxma geri,
Poems by other poets
باز ناورد از ختا این نافه را موی سفید
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki