Aparır, məni vaxt aparır
Aparır, məni vaxt aparır,Könlündən, əlindən qoparır,Ay ana, gözlərim qapanır,Gələrəm, qaranquş gələndə,Bəlkə, bəlkə, bəlkə də...
Gələrəm, bu yaya gələrəm,Yay ötsə, payızda gələrəm,Nigaran qalmısan, bilirəm,Gələrəm, durnalar gələndə,Bəlkə, bəlkə, bəlkə də...
Çıxarlar dünyaya qatarlar,Qatarlar min yerə çatarlar,Hələki dünyada qatar var,Gələrəm, vaqonlar ötəndə,Bəlkə, bəlkə, bəlkə də...*
1968
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-aparir-meni-vaxt-aparir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
DünyadaVəzifə bir atdır, hər minən çapar,Nəcabəti olan bilər dünyada.
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.