Yağış bütün meridian boyuisladır vitrinləri,dağıtmaq,yuyub aparmaq istəyir birdəfəlikküçələrimizi,evlərimizi,şəhərlərimizi.Yağış kiməsə satır bizi,ayırır bir-birimizdən.Pəncərə qarşısında dirilərimizdən uzaq,ölülərimizdənsəuzaq olmaq istədiyimiz anda,səkidən-səkiyə qaçaninsanları eşidirik yenə.Mənasız, islanmışəski parçalarına çevrilirküçə boyu asılmış bayraqlar.Yağışsa yağır,yağışa nə var...İldırım çaxır,işıqlanır bir anlıqbütün dünya muzeylərindəkibatalya səhnələri.Mənasız olurözgə dilində oxunan duaların ümidi,minarələrin hündürlüyü,konstitusiyanın beş-on maddəsi,sevimli qadın iyi.Gərəksiz olur atalar sözü,indiki yağışın özü.Küçələrdən gələn nəm və təptəzə hava.Bütün meridian boyu islanır vitrinlər...İslanır dəniz, küçələr, səslər, biz.Bir günyaşamağa da qoymayacaq bizi təcrübəmiz...

1964

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring