Hardansa bir sarı çiçək düşdü
Hardansa bir sarı çiçək düşdüatın qaşqasına.Dayandı at dağ yolu qurtarmamış,yetməmiş bir kəndə, bir yaylağa...Ətraf yox, bütün dünya yalçın qayalar,sıldırım, quşqonmaz bir aləm.İnamsız bir ümidlə dərəaxtaran gözlər,bu gözlərin qorxusunaqüvvət verən aran həsrəti.İndi buraların təmiz havası zəhər,sakitliyi ən dərin məzar sükutu...Gör bir atı dörd nalıylahara mıxladı hardansa düşmüşbir sarı çiçək.İndi, gör, nə çəkirat qaşqasında saralan çiçəyə bərəlmişbir cüt insan gözü...
1986
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-hardansa-bir-sari-cicek-dusdu
Use ← → keys to move, R for a random poem
More by this author
Gözə görünməz bir səadət gəzər,gəzər bu otaqlarda, mətbəxdə,
Bu gecə səssiz-səmirsiz gəldiBu gecə səssiz-səmirsiz gəldi,gəldi üstünə.
Ölüm ayağında can verənÖlüm ayağında can verənbir xəstənin yanında
Sarı qamışların dibi yaşıl, tünd yaşılSarı qamışların dibi yaşıl, tünd yaşıl,bu rəngin iyi də tünd,