Bu tarım çəkilən simlər
Bu tarım çəkilən simlər,Bu son mizrab, bu son səs,Nəğmə uzaqda oxundu,Burda qaraldı nəfəs.
Süzüb sındıra-sındıra,Kim “Ruhani” oynadı?
Nə qoşmanın özü qaldı,Nə ustadının adı.
Seyrəl deyib, gəlmə deyib,Dağdan duman aldılarYerdən, göydən üzülüşüb,Bir simdə yurd saldılar.
İndi gəlin toy-düyünə,Əgər qalıbsa həvəs,Bu tarım çəkilən simlər,Bu son mizrab, bu son səs...
1985
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-bu-tarim-cekilen-simler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm,Nə bir ömrümdə şad oldum, nə bir zövq-səfa gördüm.
Nəhalmı var?Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı