Bu yol sənin, bu yol mənim...Gəl belə ömür sürək.Gəl yummayaqbəxtimizin ağzını,ömrümüzün də sözünü kəsməyəkdanışdığı yerdə.

Peyğəmbərliknə sənə yaraşır,nə mənə.İstəsək dəəlimizdən gəlməzbu Allahsız dünyadaQoy yol çəksin gözlərimiz,nəfəsimizboğazımızdan çıxana kimi.Qoy min şeyə yozsunlardoğulubdünyaya gəlməyimizi!Ancaq hələ ki,qapımızın ağzındayəhərlənməyibbizi o dünyayaaparacaq atlar,gəl başımızı aşağı salıb,gedək öz yolumuzla.O yol sənin, bu yol mənim...

1966

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets