Səni yuxu basdı durduğun yerdə
Səni yuxu basdı durduğun yerdə,Allahı duayla yorduğun yerdə,İndi son sözünü bu qum deyəcək,“Yorğun gözlərini tez yum” deyəcək...
Barmaqlar göz olub kağıza baxır,Şeirlə şairin göz yaşı axır,Kimsə quyu qazıb, ya tələ qurub,Sonsuz bir səhrada ağ yelkən durub...
Dəli sözlərini sapa düzəndə,Açılan mənaya ürək dözəndə,Deyirsən kaş həyat, kaş insan ola,Ömür də, ölüm də kaş bir an ola.
Özün axıdasan qanı damarda,Yapışıb qalmaya çiynin divarda,Düşdüyün ağ gündə, ya da ki darda,Bir dəfə biləsən, hardasan, harda...
1985
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-seni-yuxu-basdi-durdugun-yerde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Ana laylasıBalama çalsa layla bülbüllər,Balamı bəsləsə qızılgüllər,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri