Çiskinli payız gününün,kimsəsiz bir parkda çalınıb ölənvalsın ot basmış məzarının,duman içindən çıxıb,qan öskürə-öskürəgözlərinin içinə baxaninsan azarının,bəzən gözəl,bəzən sözgəlişi deyilmiş sözlərin,açılan gündənyumulmaq qorxusuyla yaşayan gözlərin,həmişəlik keçmişdə qalacaq sabahın,gələcəyin sinəsindən çıxacaq ahın,təkliyin sinəsindəxaç çəkən əlin təntənəsi, bayramı?Yüz neçə illiyi?Aman Allah, sənə söz atmaqdırÇexovun yubileyi...

1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets