Gizlət ayın işığını,Bəlkə bizi görən var,Qorxuram gecələri dəƏlimizdən alarlar.

Qar yağsa, heç kəsə demə,“Qış gəlib yer üzünə”,Birdən baharı tutarlar,Düşüb qışın izinə.

Eşitsən ki, bahar gəlib,Evdən çıxma bir yana,Nişana dönər, sevgilim,Çiçək taxma yaxana...

Bu qorxu nə vaxt başlanıb?Əsrin hansı ilində?Söz deməyə söz tapmıramBu torpağın dilində...1983

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring