Gecənin dağınıq qaranlığından
Gecənin dağınıq qaranlığından,Keçib düz dənizə üz tutur külək,Yelkənlər küləklə dolmaq istəmir,Bu külək dənizin nəyinə gərək?
Ayrılıq düzündə insan baxtının,İzləri qurumaz suyla dolubdur,Ümid bel bağlamır yenə sabaha,Gələcək elə bil çoxdan olubdur...
Bir yuxu dayanıb qapım ağzında,Tozlu astanaya düşüb kölgəsi,Qapını açmağa çağırır məni,Yozulmaz yuxunun kimsəsiz səsi...
Bu bağlı dünyanın torpaqlarında,Bilmirəm, nə üçün salınıb yollar,Yaxşı ki, qapını döyən yuxununSəsini batıran dəniz səsi var...
1985
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-gecenin-daginiq-qaranligindan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
ناتوان مورم و خود کی به سلیمان برسم
VəndSəfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
Bu mevsümün ehl-i dili ol gül güle karşuBu mevsümün ehl-i dili ol gül güle karşuTolu içesin şâd olasın bülbüle karşu
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,