Bu quşcuğaz mənimdir
Bu quşcuğaz mənimdir,Tək inamım, dinimdir,İki gözüm solubdur,Quş səsiylə dolubdur...
Bu quş mənim quşumdur,Baharımdır, qışımdır,Dünən bu günüm idi,Sabaha dönüb indi...
Bu quş da uçub gedər,Getməsə ondan betər,Bu nə qəribə dərddir,Canım bir quşa bənddir...
Bu quş səsi haraydır,Viran qalan saraydır,Gözlər qara, köks ala,Ya anadır, ya bala...
1995
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-bu-quscugaz-menimdir
Use ← → keys to move, R for a random poem