Kim qaldı?İndi kimə salam verim?Yadıma salıb, keçirdim bir-birgözlərimin qabağındanbütün yaxın, uzaq ölülərimi...Hamısını ən xoş çağında diriltdim.Üzlərindən təbəssüm çəkilməmişsalam verdim hamısına.Bir bahar fəslinin çadırına yığdımonlarla,bəlkə yüzlərlə bu dünyadahəsrətlə yaşayıb,bu dünyanın həsrətiylə ölənlərimi.Ayrıldıq...Və ayrılığın səhrasıylayeridim yavaş-yavaş,hara getdiyimi bilməyə-bilməyə.Ancaq gördüm, başımısinəmdən qaldıran kimi,gördüm hara getdiyimi.Uzaqda kiminsə yaddaşı gözləyirdi məni,gözləyirdi salam vermək üçün...1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets