Məni mütləq tapacaqlarDalımca mələk salıb,Hər yazımda, hər şerimdəBarmaq izlərim qalıb.

Olmayan günahlarımıBoynuma alacağam,Yaddaşların məhbəsindəƏbədi qalacağam.

Hələliksə, tam sərbəstəm,Sərbəstəm ölənəcən,Bu dünyadakı yerimiO dünya bilənəcən.

Sərbəstəmsə, demək baxtımYamanca gətiribdir,Allah məni bir ömürlükZaminə götürübdür...1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets