Nəyə hürürsən?Kimə?Adamlar keçir gülə-güləyanından.Sənsə hürürsənbu dünyayahər yandan,Bəlkə yadına düşürbabanı didmiş canavarlar?Nə olsun...Canavar pəncəsindən çıxıb,kim sağ-salamat qalar?Nədən hürürsən,kimi görürsənqürub günəşi təkqızarmış gözlərinlə?Hürmə!Böyükdür bu dünya.Dilini kim duya?Kim bilə?Yalan deyilsən ki,hürdüyün gəzsin dildən-dilə!Səni necə başa salım...hürmə,qadan alım!Şəhər yerindəqapmağa, hürməyə bir şey tapılmaz.Lal dolan bir az.Əvvəlin sonunə olacaq görərik,lazım olsa, lap, hürərik.Sən öz başına,mən öz başıma...

1963

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets