Qar üstüylə ayı izi
Qar üstüylə ayı izi,Aparır haraya bizi?Bu payızı çıxıb sona,Gedirik qış yuxusuna.
Ayıyla burun-buruna,Ayıyla qarın-qarına,Verib, bir qış yuxu görmək,Bir qış ayı ömrü sürmək...
Şirin olmaz burda yuxu,Dərin olmaz burda yuxu,Burda yuxlasaq bir az,Oyanmağa həvəs olmaz...
Ömrün bu nəm, əzəl yolu,Yolun üstü xəzəl dolu,Bir də seyrək ay işığı,Qəmlə sevinc barışığı...
Gecə yarı, ömür yarı,Gedirəm dağlara sarı,Xəzəl üstə izim qalır,İzim üstə dözüm qalır...
Burda azsam da nə ayıb,Bu yol özü yol tapmayıb,Ürəyim döyünür rahat,Yaşa, ölüm, yaşa, həyat...1998
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-qar-ustuyle-ayi-izi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Eşidəndə bəd xəbəri, sanki dondu bədənim,Nəcəf kimi bir oğulu etdiniz candan, gəda!
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Ten gemidür bu cihânda ömr kurmış bâdbânTen gemidür bu cihânda ömr kurmış bâdbânBu denizde âşinâ bilmeyene yohdur âmân