Niyə avaz tərs gəlir,Zil deyilən pəs gəlir,Ömrün ən gözəl falı,Əvvəl-axır nəs gəlir?

Uşaqlıq tutub bizi,Harasa atıb bizi,Qiymətimiz var idi,Kim nisyə satıb bizi?

Bizi soyudan qardır,Ömrün yolları dardır,Eşitmişəm hardasa,Yar yatan vətən vardır...

1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets