Sol əlimlə sağ əlimin
Sol əlimlə sağ əliminArasında duman, dağ,Hansı əlim qürbətdədir,Hansı ölü, hansı sağ?
Sol əlimlə sağ əliminArasıyla çay axır,Hansı əlim batır suda,Hansı sahildən baxır?
Sol əlimlə sağ əliminArasında yağar qar,Hansı əlim istidədir,Hansı çöllərdə donar?
Sol əlimlə sağ əliminArasında qapı var,Hansı əlim döyər onu,Hansı görəsən açar?1985
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-sol-elimle-sag-elimin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ta nigahım nərgisi-yar ilə olmuş aşinaKafirəm gər çeşmi-xunbar ilə olmuş aşina
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsünSöylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.
Ordenli qəhrəmanYenə də sayrışır göydə ulduzlarGecədən keçmişdir, doğmayır səhər.