Şeirlərim qalır mən gedə-gedə
Şeirlərim qalır mən gedə-gedəyerdə qalır, yalquzaq izi kimi...Kim düşəcək bu izlərə,kim gələcək arxamcaşeirlərimə baxa-baxa?Bir qaya dibində yaxalayıb,başımı pəncəmə qoyub yatarkəntüfənglə vursa məni,Allaha qurban olum.Vay o gündənbaşıma boyunduruq salıb,apara kiminsə qapısına bağlamağa...Yağ, yağış, qadan alım, yağ,yaxşı-yaxşı yağdünyanın mən gələn,mən gedən yerlərinə.Şeirlərimi yer üzündən yuya-yuya,gözlərimə dola-dola yağ, yağış...
1985
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-seirlerim-qalir-men-gede-gede
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Zamanənin ələyindən ələndimZəmanənin ələyinnən ələndim,Can içində cana gəldim,doğuldum.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Ancaq ulduzlara dəyən qılınc pəncərəsindən olduğutək görünər düşmən«Ancaq Elçibəyçün» silsiləsindən*A göy, a göy, gördünmü