Qulaqlarında laylay
Qulaqlarında laylay,Çoxları hələ subay,Qız əlindən tutmayıb,Arzu-kama çatmayıb,Getdilər bu davayaQarayanız balalar,Neçə il, neçə aya?Analar qaldı evdəGünləri saya-saya...
Fələyin atdığı daşBizim yuvaya düşdü,Vətən davaya düşdü.Baxtınızı, balalar,Qurban olum, söyməyin,Qələbəylə qayıtsaz,Özünüzü öyməyin,Qurban olum, öyməyin,Evə şikəst gəlməyin...Bığ yeri tər balalar,Ürəyi nər balalar,Balaca ər balalar,Yurda nökər balalar,Bizim əsgər balalar...*
1996
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-qulaqlarinda-laylay
Use ← → keys to move, R for a random poem
More by this author
Hər ev, hər mərtəbə, göy üzü, dəniz,Həm eşq sevincidir, həm göz yaşıdır,
Göyün sözü göydə qalarGöyün sözü göydə qalar,Yerin sözü - sinəsində,
Nəyinsə qorxusundanNəyinsə qorxusundan,kiminsə xoş yuxusu
Əqrəb var çiçəkdə yuva salıbdırƏqrəb var çiçəkdə yuva salıbdır,Bülbül var gül ilə dava salıbdır,
Poems by other poets
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,