Hər ev, hər mərtəbə, göy üzü, dəniz
Hər ev, hər mərtəbə, göy üzü, dəniz,Həm eşq sevincidir, həm göz yaşıdır,Hər dağ, hər şəlalə, hər qaya, hər daş,Həm eşq heykəlidir, həm başdaşıdır.
Hər bir quş cəh-cəhi, hər çiçək ətri,Həm eşq nəğməsidir, həm dərd mahnısı,Hər gün, hər dəqiqə, hər insan ömrü,Həm toy şənliyidir, həm sevgi yası.
Küsmə bu dünyadan, küsmə özündən,Baxt bizdən gah razı, gah gileylidir,Doğulub dünyaya göz açan gündənHər oğlan Məcnundur, hər qız Leylidir...*
1996
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-her-ev-her-mertebe-goy-uzu-deniz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Saqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Xana müraciətMəni yardan ayırdılar,Sənə olsun xəbər, xanım