Elə şirin yatmısan ki
NuşabəyəElə şirin yatmısan ki,Hay qaçıb, haray gedib,Elə bil oxunan yerdəYuxuya laylay gedib.
Köksündən çıxan nəfəsləBeynimdən ağıl çıxır,Yaddaşımın hər küncündən,İndi bir nağıl çıxır.
Bu gün məndən kədər nədir,Qorxu da qorxub qaçır.Bu yaşacan görməmişdim,Yuxu da çiçək açır.
İndi bu sakit yuxudaNə görürsən, sevgilim?Məni görsən, sərxoş görmə,Təmiz, ayıq gör, gülüm...1996
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-ele-sirin-yatmisan-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
BağlarıBir gözəl görmüşəm bizim ellərdə,Üzündə sezmişəm busə bağları.
Eşq əhli bu afaqda rüsva gərək olsunEşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.