Üzbəüz durmuş iki evin birininpəncərəsindən quş çıxar,uçar o biri evin açıq pəncərəsinə.Sonra yenə geri,sonra yenə ora,bir pəncərədən o birinə,bir evin içindən, o biri evin içinə.Bütün günü qanad çalar quş,bir günlük yol gedər quş,ora-bura uça-uça...Göy açıq,göydə quş yolları açıq,dağlar, düzlər,bağlar, meşələr açıq.Quşsa uçar, hey uçar iki ev arasında,uçar yerə quş təri tökə-tökə,iki muncuq gözü bərələ.Və quş uçan iki ev arasındaeşidilməz, eşidilməz quş səsi.Aradaquş nəğməsi yaranmaz...

1986

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets