Bu gün bir şerim üstündəAllah dayanıb ağlayıb.Beş-on şeir də yazmaqçünMəni hələ sağ saxlayıb.

Bu gecə qulaqlarımaQaranlığın səsi dəyib,Yazılmamış şeirlərinRuhu bədənimi geyib.

Əllərimlə şeir yazır,Nəyinsə tərs iradəsi,Kimsəsiz səhnədə qalxırÜmidlərin ağ pərdəsi...

Çiynim yenə də söykənirEvimizin divarına.Bu günüm göz yaşı tökür,Uşaqlığın məzarına...1982

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets