Yenidən başlayıblarYer üzünü bölməyə,Guya yerlər az imişBircə kərə ölməyə...

Çoxaldıqca yollardaƏlil, şikəst izləri,Cırıldayır içimdəÜmid protezləri...

Tərs kimi yağışlar daGünbəgün soyuqlaşır,Allah düz vurur bizi,Böləndə yaman çaşır...

Göylərin yazısındanNöqtə yeri görünür,Orda süzən qağayıHələ diri görünür...1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets