Yer üzündə yüz illərlə duranən möhtəşəm məscidlərdən, kilsələrdənqat-qat artıq etibar doğurur məndəmilyon illərdən bəriaxar suların səsindən başı çıxanbu qara daşın tənha mötəbərliyi.Gəl, gəl oturaq o daşın üstündə,üzbəüz, gözbəgöz...Varlığıma gözlənilməz bir sillə dəyib,duman içində axır fikirlərimbaşdan-başa.Odur, bu çağlayan çayınsəsini batıra-batıra,insan qulağı eşitməmişbir fəryad bağırtısıylasual verirəm sənə:— Bu qara daş varmı bu dünyada?Varsa, çıx get, qayıt göylərə,məscidlərin əzanından,kilsələrin zəngindən xoşhallanmağa.Mən də özümə — günümə dönüm,ürəyi rahat, qəlbi sualdan qurtulmuş.Bilim ki, yer üzü var, çay var yer üzündə,çaydan başı çıxmış bu qara daş var.Mötəbər yerlər var bu dünyada...

1986

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets