Balaca mütəfərriqələr 1
– Yahu, ya Allah, salam əleyküm. Əhvali-şərif? Oğlan, nə əcəb “Həyat”ın rəsmi-güşadına, yəni açılmasına təşrif gətirməmişdiniz?
– Bana priqlaşeniye göndərməmişdilər və bir də, vallah, zanyatiyam o qədər çoxdur ki, sən öləsən abed də yadıma düşmür... Danış görək nə var idi, yaxşımı keçdi? Reç-zad deyən oldumu?
– Nə üçün, oldu. İnşallah, “Həyat”ın müştərisi çox olacaq. Amma Allah elə edəydi ki, bir nömrəsin otuz adam oxumayaydı.
– O zavisit eləyir qəzetin tsenasından, nə qədər az olsa, bir elə müştəri çox olar.
– Qiyməti çox deyil ki. İldə altı manat. Yəqin ki, siz də götürəcəksiniz.
– Mən çox jalet eləyirəm ki, müsəlmanca bilmirəm.
– Müsəlmanca bilmirsiniz? Nə söyləyirsiniz, qardaşım... Ana dilini bilməmək?.. Vay, vay, bu olmadı ki!..
– Mən binavat deyiləm, atam-anam binavatdır.
– Ana dilini öyrənmək bir çətin şey deyil, əzizim. Əlifba öyrəndin “Həyat”ı al əlinə, günbəgün oxu, bir ilin ərzində ol zəmanə mollası. Vəssalam. Dəxi nə istəyirsiniz?
– Hərgah iş xodda olsa, həmişə padparom getsəm, belə panimat eləyirəm ki, bir beş-on resdən sonra bəlkə bir şey öyrənə biləm.
– Allah qoysa öyrənərsiniz. Hələ ki, xudahafiz!
– Xoş gəldin.
Bu söhbətdən sonra dərd-qəmə aludə, üz qoydum mənzilə, dilimdə əzbər:
– “Həyat”, qurban səni bizə verənə. Hərgah ruzigar on il də belə keçdi, yəqin ki, bizlər də rus tatarı kimi çatır rükət namaz yapacayuq.
“Həyat” qəzeti, 12 iyun 1905, №6
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-1
Use ← → keys to move, R for a random poem
More by this author
(Komediya 4 məclisdə)*Əfradi-əhli-məclis
Əvvəlinci məclisVaqe olur Ağa Kərim xanın evində, otağın qabağında bağça, Rəhim ayaq üstə, Leyla xanım əyləşib taxt üstə.*Rəhim**. Mən çox təəccüb edirəm, Leyla xanım, əlhəmdülillah əhd-peyman elədik ölənədək bir-birimizdən ayrılmayaq; o gündən bəri mən şadlığımdan bilmirəm neyləyim. Amma sən həmişə fikirdəsən, üzün gülüb, qaşqabağın açılmır. Qana bilmirəm səbəb nədir?.. Yoxsa peşman olubsan, əzizim?
İkinci məclisVaqe olur həmin otaqda.*Ağa Kərim xan** (tək). Vallah, axır ki, ürək döyünməsinə düşmüşəm... İt hürdükcə qaçıram bağa. Əlac nədi, qorxuram... Zalım uşaqları sandıqçanın yerini bilib, pulumu apararlar. Yerini dəyişməyə də cürət edə bilmirəm, qalmışam naçar.
Üçüncü məclisVaqe olur həmin otaqda. Ağa Kərim xan, İskəndər xan, Leyla xanım, Rəhim, Əhməd, Cəfərəli daxil olurlar.*Ağa Kərim xan** (əyləşib). Qatar durun! Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin! Vay o adamın halına ki, nöqtəcən səhlənkarlığı çıxa; ayağın falaqqaya salıb dırnaqların tökəcəyəm!.. Eşidin və yadınızda saxlayın!.. Leyla, yaxın gəl, diqqət və səy ilə həyət-bacanı təmiz-təmiz süpürtdürüb, gül kimi elətdirirsən. Su səpdirib zərrəcən qoymayasan toz qalsın. Otaqları, pəncərələri həmçinin... Vay sənin halına hərgah bir səndəl ya miz xarab ola. Əlavə, özün nə qədər boşqab, nəlbəki, kasa ortalığa gələcək isə, tam hesab ilə verib, hesab ilə də təhvilə gətirərsən. Vaveyla bircəsi onlardan sına, ya oğurlana. Get dur yerində. (Gedir.) Əhməd, yaxın gəl, pişxidmətlik səninlədir. Mizin üstə diqqət-səliqə ilə boşqabları, piyalələri, kasaları düzərsən! Qonaqlar əyləşəndən sonra durarsan kənarda, hər nə buyursalar, o saat əməl elərsən. Bir kəlmə danışmazsan. Zəmani ki, başladılar şərbət içməyi, tez-tez su təklif elərsən. Şərbət istəyənə artıq məhəl qoymazsan, guya ki, eşitmirsən. Neçə dəfə təkrar edəndən sonra piyalənin dibinə bir az şərbət töküb verərsən, hərgah bacarsan, bir az da qaşqabağını turşudarsan... Qandın nə buyurdum?
Poems by other poets
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
Qələmim süngüyə dön!Qələmim süngüyə çevril, süngüyə,Sancıl Qarabağda düşmən başına!
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,