Balaca mütəfərriqələr 14
– Salam əleyküm, ağa Dərviş! Oğlan, heç görünmürsən, yəqin ki, qorxursan çölə çıxmağa?
– Hara görünüm, atam, məgər şəhərin halından xəbərdar deyilsən?
– Necə ki xəbərdar deyiləm? Xəbərdaram, yaxşı xəbərdaram.
– Əhvalımız çox pərişandır, balam, çox-çox.
– Bu ixtilala sən nə deyirsən, ağa Dərviş?
– Mən onu deyirəm ki, bu axır zamanda bir naxoşluq əmələ gəlibdir, adına “minengit” iltihabi-səhaya deyirlər, mərizlərin qapır peysərindən, peysər dönür bir oduna, üç ya dörd gündən sonra xoş gəldin baban sarı. Səlamət qurtaranların da, əgər olsa, gözləri kor, qulaqları kar qalır. Haman naxoşluq indi... mərizləri döndərib bir yırtıcı heyvana, həris insan qanına... Müsəlmanı da ki, tanıyırsan, bədən verən canavar deyil. Ona görə gözəl vətənimizin laləzar çəmənlərini, xoşbuy meşələrini, soyuq bulaqlarını, meyvədar bağlarını o naxoşluq təfiyədar qılıb... Bədtər əz in bu naxoşluqdan nə vaxt xilas olacağıq, o da naməlum.
– Burası yamandır ey, ağa Dərviş, burası!
– Canım, aşkara bu tayfanı bədbəxtlik basıb, iş gərək belə olmayaydı, əvvəldən pis başlanıb.
– Ağa Dərviş, bəs əlac nə?
– Əlac? Müsəlla... Çıxsınlar müsəllaya, başlarında Quran, İncil, Tövrat, yalvarsınlar padşahi-asimanə: Ya rəbbi, götür bu bəlanı, bu naxoşluğu bizim üstümüzdən! Əlavə müsəlmanlar da yalvarsınlar safdərunluqdan və maarifsizlikdən xilas olmağın babətindən. Sonra bir-birindən duz-çörək alıb, duz-çörəyə and içib pak qəlblə barışıb qardaş olsunlar. Budur əlacı.
– Avazın xoş gəlir, ay ağa Dərviş, oxuduğun Quran olsa. Dünyavü aləmi şeytan götürüb başına, sən də abadanlıqdan danışırsan, a rəhmətliyin oğlu!
– Nə deyim, qardaşım, Allah lənət eləsin şeytana!
– Böyük dərd burasıdır ki, ağa Dərviş, İran fəhlələri cəmən gedirlər və belə danışıq var ki, İran dövləti özü vilayətdə işlər açacaq və o fəhlələri geri qayıtmağa qoymayacaq.
– İnanma, qardaşım, əgər pir mənimdir, kəramətin bilirəm, arxayın ol. Kaş ola idi.
– Axırı ki, ağa Dərviş, işlərimiz çox zaydır, Allah lənət eləsin səbəbə!
– Amin, qardaşım, amin!
“Həyat” qəzeti, 7 sentyabr 1905, №59
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-14
Use ← → keys to move, R for a random poem
More by this author
Ey dörd-beş kasa xamraşı, ya düşbərə yeyib beş-altı dəfə “afiyət olsun” eşidib istirahət edən ağalar! Görürsünüzmü altı-yeddi yaşında, cındır libasda soyuqdan titrəyə-titrəyə küçələr divarlarına pənahlanmış tifilləri? Rast gəlibdirlərmi sizə qoca kişilər dalında cındır yorğan balasının əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında tifilləri?– Ay qardaş! Ancaq, Allah xatirinə!
Balaca mütəfərriqələr 56Birinci nalə**Quzğunlar*
Balaca mütəfərriqələr 57İkinci nalə**Berne adlı bir nəfər vətənsiz yəhudi öz kitabında bu sözləri yazmış: “Özümü sevirəm, külfətimi özümdən artıq sevirəm, külfətimdən artıq vətənimi sevirəm”.
Nə əkərsən, onu biçərsən(Qəziyyə, 4 məclisdə)*Əhli-məclis
Poems by other poets
Ey fələk, gündən artıq,Bu gözəlin cəmalı var,
Hər kimin müsahibi yoxdur gəlməsin meydan araHər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,