Balaca mütəfərriqələr 31
Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı.
Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir.
Jandarmı görəndə, jandarm nəfəsi bədənimə lərzə salır.
Atam oğlu, qardaş! Nə şiri-şütür, nə didari-ərəb, elə qaçarsan ki, Koroğlu elə qaçmağı tamam ömründə bacarmayıb. Atam oğlu! Hürriyyət yer üzünün ziynətidir. Xudavəndi-aləmin əvvəl-axır tək gözəl nemətidir; əldən getdi, əsarət gəldi araya; əsarət olan yerdə insan döndü bir yırtıcı heyvana, vay zəiflərin halına!
İndiyədək xəyalatım asimanda gəzirdi. Necə gözəl fikirlər, necə gözəl məqamlar şəkli dururdu gözümün müqabilində! Kəndlərdə məktəbxana, qiraətxana, cəmiyyəti-xeyriyyə, xəstəxana, əmin-amanlıq, hər bir yerdə can deyib, can eşitmək, məhəbbəti-millət... Nə etməli? Gələcək zülmatı-naməlum, ah-nalə, göz yaşı. Vay fələk, vay fələk!
– Ağa Dərviş, yenə nə olubdur, “vay fələk” – deyib, vaveyla qoparırsan?
– A kişi, a kərbəlayı, xəbərin yoxmu, Dövlət dumasından da dərdlərimizə bir dərman olmadı, duma özü də dağıldı!
– Ağa Dərviş, dağıldı isə, nə qəm var. Gələcək duma bəlkə bundan da yaxşı tolar!
– Kərbəlayı, nə danışırsan, o feli-müzaredir. “Sali ki, nikust əzbaharəş peyda şüd”. Hay, hay!
“Həyat” qəzeti, 14 iyul 1906, №154
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-31
Use ← → keys to move, R for a random poem
More by this author
– Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz?– Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin?
Balaca mütəfərriqələr 33Bir amerikalının sualına cavab**Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir:
Balaca mütəfərriqələr 34Badkubənin şiddətli istisi məni vadar elədi üz qoydum vətənə sarı. Orada bir balaca alaçığım da var idi. Dedim həm ziyarət, həm ticarət... Vaqondan düşdüm, əyləşdim dilicana... Yüz verst yolun tozu o mərtəbədə məni təngnəfəs etmədi, nə qədər ki ərrabə sürənlərin bəd hərəkətləri və nalayiq danışıqları... Atlarla tövlədə bəslənmiş adamlardan nə gözləməli?.. Varid oldum şəhərə, bərbad olmuş imarətləri gördüm, səbəbin evi elə-belə bərbad olsun, necə ki bu gözəl şəhər bərbad olub!.. Onunla belə bu bərbad olmuş şəhərdə gecə-gündüz fikrimdə olan qaydaları gördüm, şükürlər etdim...Cavanlarımız camaat işinə məşğul, balalarımız oxumaqda, məscidlər camaatla dolu... Şükür xudavəndi-aləmə!.. Bu şadlığımdan sonra... kaş... o “ticarət”... cəhətini açmayaydım, onda yəqin ki, ikinci vətənə şad-xürrəm qayıdardım. Nahaq yerə pul məsələsini gətirdim araya, əlac yox idi... Mən və qeyriləri nə qədər səy, təlaş etdik, mümkün olmadı... İlan yeyib, əjdaha olmuş ələlxüsus... Pah, pah, pah, onun həmşirəsi heç bir təklifimə yaxın gəlmədilər... Naçar qalıb iclas qurdum... Biri oldu dəstxoşçu, biri oldu kərbəlayı, biri məşədi, biri hacı, biri qızıltəkbənd... Kərbəlayı mərd-mərdanə buyurdular:
Balaca mütəfərriqələr 35Dərviş:– Salam əleyküm, kərbəlayı Pirverdi.
Poems by other poets
Yazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan.
Bala xanımYazdım sənə bu naməni, dilbərim,Oxu məzmununu qan, Bala xanım.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Yara qal indiKönlüm çox istədi yarı göreydi,Yaraşarmı qoyxa yara, qal indi.