Dəlilər evi
Loğman fikirlərə qərq olduğu vaxt,Rəngi gah saralıb, gah da solardı…Cahanda sirdaşsız qalmış o bədbəxtHicra bir aləmə həmdəm olardı…
Salam verərdilər ona da hərdən…Lakin eşitməzdi onları loğman –İnsan xəyalata qərq olan zamanBütün kainatı unudur bəzən.
Loğman ayrılmadı öz əməlindənBu dərdlər qırmadı iradəsini.Yenə də qəlbində, dilində VətənEşitdik susmayan həyat səsini.
Ürəkdən ah çəkdi, qananlar onuDedilər: "yəqin ki, bir amalı var"…Onun bulud kimi tutulduğunu,Soyuq bir nəzərlə görən nadanlar:
– Yox, canım, pozulmuş başı, fikirdən,Yəqin ki, dəlidir… Çoxdan xəstədir!…Təbib deyilik ki, nə sən, nə də mənBiz ona yansaq da mənası nədir?
Şəhərə səs düşdü: "Dəlidir loğman!"Axır apardılar dəlixanaya.Osa ürəyindən qan axan zamanDərdini söylədi ulduza, aya!
Yığışdı təbiblər, yoxladı onu.Loğman öz-özünə gülürdü hərdən.Seyr edib kamalın nə olduğunuDəlilər gülürdü pəncərələrdən…
Az keçdi, üz keçdi verildi qərar:"Dəlilər evində Loğman sağaldı".Təəccüb eylədi bütün insanlar,Loğmanın özü də heyrətdə qaldı…
Köhnə dostlarından dedi bir nəfər:– Loğman, gözün aydın, yenə sağaldın!Necə qarşıladı səni dəlilər?Bu təzə ağlını, de kimdən aldın?
Loğman cavab verdi: – Bütün dəlilərOrda ayrılmışdır hər məhəbbətdən…Orda nə dostluqdan qalmış bir əsər,Nə də bir nişan var mehri-ülfətdən.
Eşqi bir, sözü bir, dili bir olanİkicə nəfər də görə bilməzsən!Nə qədər xudpəsənd yaranmış insan,Bu dərdlə orda da qəmlər yedim mən!
Bəli! Yer üzünə gələn hər insanMin könül sındırıb, ürək qanadır…Görünür varlığın yaranışındanDünya da bir cürə dəlixanadır!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-deliler-evi
Use ← → keys to move, R for a random poem
More by this author
Şəhər üstə qanad gərib mürgülədi yorğun axşam…Neçə çadır qurdu göydə lopa-lopa sıx buludlar.
Dinlə, Xavər!Başımın üstünü kəssə də ölümSağ əli baltalı bir cəllad kimi,
Ana və körpəYay günü... Yol üstü... Ağac kölgəsi...Kölgədə bir gəlin oturmuş yalqız;
DüşüncələrGah olur ki, ovçu könlüm dağlar aşaraq,Asta gedib, ağır gəzib, ellər dolanır…
Poems by other poets
Səy göstərib bu meydana çıxanda,Məclislərdən, toy-büsatdan kamın al.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara gözRəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,